Azərbaycan Prezidentinin Administrasiyası ölkənin Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası planının əsas istiqamətlərini dərc edib.
Administrasiyadan verilən məlumata görə, bu plana aşağıdakı 5 istiqamət üzrə tədbirlər daxildir: Hüquq və inzibati sahə; Təhlükəsizliyin əhatə dairəsi; iqtisadi sahə; sosial sahə; mədəniyyət, təhsil və din sahəsi.
Silahsızlaşdırma və demobilizasiya prosesi başa çatıb və sakinlərdən bütün silahlar müsadirə olunub.
Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin mühafizəsini və sakinlərin təhlükəsizliyini təmin edir. Yerli sakinlər daxili işlər orqanlarına işə götürülə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.