AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev: Azərbaycanın türk ölkələrinin iqtisadiyyatına investisiyaları 20 milyard dolları ötüb

  • + A
  • - A
  • 3-11-2023, 13:42

    Prezident İlham Əliyev: Azərbaycanın türk ölkələrinin iqtisadiyyatına investisiyaları 20 milyard dolları ötüb

    Azərbaycanın türk dövlətlərinin iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 20 milyard dolları ötüb. Azadmedia.az xəbər verir ki, bunu ölkə prezidenti İlham Əliyev deyib.
    "Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. Əsas hissəsi Türkiyəyə qoyulan sərmayələrdən ibarətdir", - deyən Prezident həmçinin qeyd edib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaratmaqla türk ölkələri arasında birgə investisiya fondlarının formalaşdırılması prosesinə başlanılıb.

    Əliyev onu da vurğulayıb ki, 2023-cü ilin 9 ayı ərzində Azərbaycanın UTC ölkələri ilə ticarət dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb.

    Prezident əlavə edib ki, türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

    Onun sözlərinə görə, UTG ölkələri ilə qarşılıqlı əlaqələrin inkişafı üçün əsas istiqamətlərdən biri nəqliyyat və logistika sahələridir. “Azərbaycan özünü Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin stabil fəaliyyətinə dəyərli töhfə verir”, - deyə Əliyev vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR