AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskva və Bakı ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalayacaqlar

  • + A
  • - A
  • 15-11-2023, 20:41

    Moskva və Bakı ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalayacaqlar

    Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamalıdırlar. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, bunu Moskvada “Nəqliyyat həftəsi” forumunun plenar iclasında Rusiya Federasiyası baş nazirinin birinci müavini Andrey Belousov deyib.

    “Bu ilin sonuna kimi biz Azərbaycanla da analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut yük daşımalarının əlavə artımı ilə tam istifadəyə veriləcək, yeni başlayanlar üçün - ildə 15 milyon ton yük. Bunlar hələ kifayət qədər iddialı planlardır, lakin həyata keçirilir”, - Belousov bildirib.

    Onun sözlərinə görə, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizində üçtərəfli beynəlxalq operatorun yaradılması ideyası müzakirə olunur.

    Yada salaq ki, bir il əvvəl Bakıda keçirilən Verona Avrasiya İqtisadi Forumunda Belousov bəyan etmişdi ki, Rusiya İran və Azərbaycanın iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə üçtərəfli beynəlxalq operator yaratmağı təklif edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR