AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna-Azərbaycan regionlararası əməkdaşlıq inkişaf edir

  • + A
  • - A
  • 23-11-2023, 08:58

    Ukrayna-Azərbaycan regionlararası əməkdaşlıq inkişaf edir

    Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Ukraynanın Azərbaycandakı Fəxri Konsulu Mehrəli Qasımov və Ukrayna Səfiri Vladislav Kanevski Ukrayna Fəxri Konsulluğunun konsulluq dairəsinə (Göyçay və İsmayıllı) rəsmi regional səfərdə olub. Azadmedia.az xəbər verir ki, təəssüratları Ukraynanın Azərbaycandakı Fəxri Konsulu Mehrəli Qasımov sosial media hesabında paylaşıb. Konsulun paylaşımını təqdim edirik:
    "Bugün Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığın dərinləşdirilməsi məqsədilə cənab Səfir Vladyslav Kanevskyi ilə Fəxri Konsulluğunun konsulluq dairəsinə (Göyçay və İsmayıllı) rəsmi regional səfərdə olduq.
    Son dərəcə səmimi və mehriban şəraitdə Göyçay Rayon İcra Hakimiyyətinin Başçısı Natiq Ağayev və İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov ilə səmərəli danışıqlar aparılmışdır. Ukrayna və Azərbaycan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də təhsil sahəsində humanitar layihələr diqqət mərkəzində olan məsələlər sırasında idi.
    Adı çəkilən regionlar sürətlə inkişaf edir və cəlbedici investisiya potensialına malikdir ki, bu da, şübhəsiz ki, Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verəcək.
    Bu gün biz konkret iddialı layihələri və onların həyata keçirilməsi strategiyaları müəyyən etdik, ümid edirik ki, əldə olunmuş razılaşmaların ilk nəticələrini tezliklə görəcəyik".





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR