AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Orta Dəhliz üzrə qiymətlərin və daşıma şəraitinin optimallaşdırılmasını təklif edib

  • + A
  • - A
  • 29-11-2023, 15:24

    Azərbaycan Orta Dəhliz üzrə qiymətlərin və daşıma şəraitinin optimallaşdırılmasını təklif edib

    Azərbaycan Orta Dəhliz üzrə qiymətlərin və daşıma şəraitinin optimallaşdırılmasını təklif edib. Azərbaycan tərəfi belə bir təkliflə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) inkişafı üzrə İşçi Qrupunun çərşənbə axşamı Bakıda keçirilən iclasında çıxış edib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

    Şirkətdən verilən məlumata görə, görüşdə Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu istismarçı şirkətlərinin, liman şirkətlərinin və digər tərəfdaşların nümayəndələri iştirak ediblər. Orta Dəhlizin gələcək imkanları, fəaliyyətinin genişləndirilməsi, o cümlədən 2024-cü il üçün tarif siyasətinin formalaşdırılması ilə bağlı məsələlər müzakirə edilib. TMTM-nin həyat qabiliyyətini, səmərəliliyini və davamlı inkişafını daha da artırmaq üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi geniş müzakirə olunub.

    “Azərbaycan Dəmir Yolları” QSC Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutları Assosiasiyasının fəaliyyətinin təkmilləşdirilməsi üçün bir sıra təkliflərlə çıxış edib. Belə ki, əməkdaşlığın yeni formatının müəyyən edilməsi, bazar tələbinə uyğun tarif siyasətinin formalaşdırılması, alternativ marşrutlarla müqayisədə Orta Dəhliz üzrə qiymətlərin və daşıma şəraitinin optimallaşdırılması və s.

    Hazırda Orta Dəhlizinin funksional imkanlarının təkmilləşdirilməsi məqsədilə rəqəmsallaşma konsepsiyası hazırlanır, beynəlxalq şirkətlərlə danışıqlar aparılır, qabaqcıl təcrübələr öyrənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR