AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27,5 milyon avro təşkil edir

  • + A
  • - A
  • 9-12-2023, 15:10

    Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27,5 milyon avro təşkil edir

    Paris İrəvana daha 15 milyon avro təcili humanitar yardım ayıracaq. Bu barədə Fransa Xarici İşlər Nazirliyi rəsmi səhifəsində bildirib.

    Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “Fransa Ermənistanı və erməni xalqını dəstəkləməkdə davam edir” və parlament noyabrın 30-da Ermənistana və “Dağlıq Qarabağ qaçqınlarına” təcili olaraq 15 milyon avro ayrılmasını təsdiqləyib.

    Beləliklə, Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27,5 milyon avro təşkil edir.

    Fransa Xarici İşlər Nazirliyində deyildiyi kimi, bu, BQXK, Ermənistan Qızıl Xaç və BMT agentliklərinin işini gücləndirməyə kömək edəcək.

    Bundan əvvəl Paris də İrəvana hərbi dəstək vermək niyyətini açıqlamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR