1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu.Amma bununla belə xalqın istiqlal arzusu ölmədi.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.
Gun o gun olsun ki, qurtarsin dava,
Dagilsin buludlar acilsin hava
Alinsin dusmenden intiqam,qisas,
Torpaqlar nefes alib dincelsin bir az
S.Vurgun44 gün davam edən Vətən Müharibəsi BÖYÜK QƏLƏBƏMİZLƏ başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Görüşlərin keçirilməsində məqsəd Vətən müharibəsində qazanılan tarixi qələbə barədə məktəbliləri məlumatlandırmaq, qəhrəmanlarımızı, şəhidləri böyüməkdə olan gənc nəslə yaxından tanıtmaq, məktəblilərə vətənpərvərlik hissini aşılamaqdan ibarətdir.
Sinif rəhbəri olaraq şagirdləri şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq və s. ozume borc bilirem. Sinfimlə online görüşdə Vətən müharibəsi iştirakçısı keçdiyi şərəfli döyüş yolundan danışır, həmçinin tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırılır.
2015-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə daxil olur bizim Səmədov Rəşid.2017-ci ilin iyul ayında Müdafiə Nazirinin müvafiq əmriylə Füzuli rayonunun hərbi hospitalinda xidmətə başlayır.Daha sonra Füzuli və Beyləqan rayonlarının digər hərbi hissələrində ixtisasi üzrə xidmət edir.Sonuncu xidməti Beyləqan rayon N saylı hərbi hissədə olmuş burada Vətən müharibəsinin İlk şəhid həkimi Turqut Xəlilbəyli ilə birgə xəstələri müayinə və müalicəsi ilə məşqul olmuşlar.
2020 ci ilin sentiyabrin 27-de başlayan Vətən müharibəsinə sevinclə birgə getmişik,könüllü olaraq çünki (hərbi hissəmizin silahları uzaqdan idarə olunan raket və qurgulardan ibarətdi )lakin biz yuxarlara təkidlə ,israrla etiraz edərək qabağa getməyimizə izacə aldıq deyir qəhrəmanımız. 27 sentyabr saat 07 25 olardiki başladıq keçirməyən yerlərə girilməyən yerlərdən şəhid və yaralilarmizi çıxarırdiq,bu dəhşətli və sevincli günlər idi bir neçə dəfə yüngül xəsarətlər almışdım sağ əlin bilək nahiyəsindən, alın nahiyəsindən buna baxmayaraq dayandı söhbəti olmuyub. Dayıma hər istiqamətdə özümüz getmişik Füzuli, Hadrut, Cəbrayıl və digər rayonlar, 7 oktyabr Cəbrayıl rayonunun da minamyot atışı nəticəsində maşınımız vuruldu və həmin gün az vaxt fərqiyle dosdum Turqut Xəlilbəylini də vurulmuşdu (mən Turqut həkimə təqribi 3 gün olardiki demisdimki eyni maşınla getməyək məndə ayrıca masın versinlər ki daha çox yaralı götürə bilək çünki ikimizdə biri arxada olurdu birmiz öndə otururduq, gözəl dost, yaxşı yoldaş olub , hər zaman birimizə təmasda olurduq. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin.(
Düşmən cəsədləri yollarda tökülüb qalırdı düşmən heçbirini goturmurdu bizim igidlər heçkimi qoymurdular eləsi vardı And olsun ki deyirdiki yaramı sarı qayıdım,bir gizirmiz vardı qolu çıxmışdı dediki qolumu sal qaydramm dedimki hospitala getmelisen onun qolunun döyüş gedə- gedə saldığ bölük komandiri ilə qayıtdı. Hamı bir- birinə kömək edirdi su ,yemək, siqaret xalqımız bir yumruq kimi bir olmuşdu təsəvvür edin ki hər şey gətirirdilər isti geyimdən tutmuş isti yeməyə kimi.. Allah bütün miletmizden razı olsun dəqiq gün yadımda deyil Füzulidə bir posdaydim ilk dəfə idi ki yağış yağırdı yol itmişdi məcbur maşının qabaginda gəlib yola çatdıq (dağ maşın cığırı itir hər tərəfdə mina olur isiqlada maşını sürmək olmur anında vururlar) mənə polislər geyim verdilər, hərgün sənid olurdu hər yerimiz qan.Qoxusu burnundan getmir.
Şagirdlər həvəs və həyəcanla Rəşid Səmədovu dinləyirdilər və onları maraglandiran sullari verirdilər:
Balayeva Ləman:-Qızğın döyüşlər keçən zamanı hansı hisslər keçirmisiz?
Belə deyimde ilk baslayanda heycan qorxu hissi olur bir neçə gün keçdikdən sonra öyresirsen, biraz öyrəşənden sonra ancaq yoldaşların barədə fikirlesirsen
Qiyasova Zəhra:-Siz 27 il isgal altinda qalmis torpaqlara girende ne hisler kecirdiniz ?
İnanki ən böyük qürur hissi ən böyük sevincimi yaşayırdım mənim bütün emilerim, dayılarım bu torpaqlar uğrunda gedən döyüşlərdə iştirak etmiş və hətta Milli Qəhrəman Samir Zülfüqarov da bibim oğludur.
Xəyyam:- 27 il bizim torpaqları işqal eden menfur ermenileri gorerken ne hisler kecirirdiz ,bir vetenini seven ogulkimi ki ,elesiz xocalıda qetile yetirilmiş güllelenmiş uşaqların qisası yadıniza düşdü o anda ?
Xəyyam 28 il ərzində doğan nifrət hissi orda özünü elə gorsediki indidə sevincini yaşayırıq
Rəhmanov Nihat :- Biz müharibəni yalnız filmlərdə seyr etmişik ,siz isə canlı şahidi olmusuz.Ilk dəfə döyüşə qatılanda necə hisslər keçirdiz?Siz harada yaralanmısız?
Mən də filmlərdə görmüşdüm bir döyüş iştirakçısı olaraq deyirəmki dediyimiz kimi o filimdi həqiqətdə isə o tam başqa tamamilə fərqli hissdi sözlər tapmaq çətindir səhər əl verib gorusduyun, axşam bir yerdə,eyni yerdə yemək yediyin, insanın yaralı və ya nəşini görürsən və ya gətirirsən, özüm isə Cəbrayılda yaralanmisdim
Kərimova Fatimə:-Siz yaralı oldugunuz halda belə qələbə xəbərini esiddikde hansı hislər keçirdiniz.Bu hisleri bizimlə bölüşün
Bircə onu deyimki o sevinc hissini tam başa salmaq sözlərlə ifadə etmək mümkünsüzdür həmin vaxt inanki ağrı oldugunu və ya yaralı olduğum yadıma düşmürdü ümumiyətlə məni iynə vurub yatirirdilar həmin gecələr iynədə təsir etmirdi.
Və Qazimiz sözünə davam edir, 7 oktyabrda Cəbrayıl istiqamətində yaralıları bir neçə dəfə çıxarıb gətirib digər maşınlara vermişdim təqribi 4 səfərində minamyot yağışı idi elə bil. Yaralını çıxarıb gələndə sol terfmisze düşdü,qarşıdan benpe gəlirdi bizimkilər ələ keçirmişdilər. Onlara çırpıldıq. Mənim sağ tərifimi tutdu, məni maşında sıxılıb qaldığım üçün aralayıb çıxarmışdılar. Zərbə güclü olduğundan hərkəs xəsarət almışdı.Məndən qan çox getmişdi, məni çıxaran həkim yoldaşım Qəmbərov İlkin deyirdiki sağ qalmağına inanmirdiq. Ayılanda Füzuli rayonunun diaqnostikasında idim. Turqutu soruşdum dedilər şəhid olub. Heç nəyi hiss etmirdim, sadəcə əllərimi hiss edə bilirdim. Həmin gün vaxtı məni təxliyyə ediblər. Ayildimki Bakıdayam, hər yerində demirler var. Tərpənə bilmirdim yatmirdim ,hər yerimden qollarım boynumdan qan və digər sistemler asılırdı. Çox çətin günlər idi bu yerə catmagimda hekimlermiz və orda işləyən tibb bacıları könüllülərin böyük əməyi var. Hər birinə minnətdarlığımı bildirirəm.
Biz çox xoşbəxtik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun cəsarətilə torpaqlarımız işğaldan azad edilib. İlk dəfədir ki, 28 May – Respublika Gününü qalib ölkə kimi qeyd edirik.
Siyəzən şəhər 1 nömrəli məktəbin müəllimi Xalidə Bayramova
Editör: Hakan Dikmen