Bakı metrosunda xəttə verilmiş sınaq qatarında nasazlıq yaranıb.
Bunu Unikal.org-a açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, qatarda problem olduğu üçün "Memar Əcəmi" stansiyasında xəttə köməkçi qatar buraxılıb:
Sınaq qatarından sərnişinlər düşürülüb və qatar xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.