AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqrar Universitetdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

  • + A
  • - A
  • 27-09-2021, 21:00



    27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyəti və tələbələrin iştirakı ilə tədbir keçirilib.

    Tələbə parkında keçirilən tədbirdə çıxış edən rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 1 il bundan öncə Müzəffər Ordumuzun başladığı uğurlu əks-hücum əməliyyatından və xalqımızın dözümlü iradəsindən söz açıb: “Bu gün biz, yaşadığımız qələbə sevincini şəhidlərimizə və qəhrəman qazilərimizə, əsgərlərimizə borcluyuq. ADAU-nun 6 əməkdaşı da bu qəhrəmanlıq savaşında iştirak edib. Prezidentimizin rəhbərliyi ilə ordumuz 30 illik həsrətə son qoydu. Biz bundan sonra işğaldan azad edilən torpaqlarımızın dirçəlməsində, yenidən qurulmasında canla-başla iştirak edəcəyik.”

    Tədbirdə Aqromonluq fakültəsinin dekan əvəzi Aynur Həsənova, İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Azad Bayramov, universitetin Vətən müharibəsində iştirak edən əməkdaşlarından Daxili nəzarət şöbəsinin müdiri Namiq Cəfərov və universitetin əməkdaşı Asif Hazıcadə, tələbələrdən Aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Həmid Şıxbabayev çıxış ediblər.

    Sonda Tələbə parkında ucaldılan Şəhidlər abidəsinin qarşısına gül dəstələri düzülüb, dualar oxunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR