“Builki tədris ili mahiyyəti baxımından əvvəlkilərdən bir neçə xüsusiyyətinə görə fərqlənir”.
Bunu AzTV-yə müsahibəsində təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, bu il Azərbaycan məktəblərində tədris ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra ilk dəfədir açılır:
“Buna qədər biz Qarabağ və ölkənin ərazi bütövlüyü mövzusunda şagird və tələbələri təlimatlandırırdıqsa, hazırda Zəfərdən sonrakı dövrdə təhsilin məzmununu, dərslikləri dəyişmək baxımından bizim daha çox vaxta ehtiyacımız var”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.