AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMAK "BakuBus” MMC-nin ictimai nəqliyyat sürücülərinə təlim keçmişdir

  • + A
  • - A
  • 28-10-2021, 16:02


    Azərbaycan Milli Avtomobil Klubu (AMAK) 28 oktyabr tarixində “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində və BMT-nin 2021-2030-ci illər Yol Hərəkəti Təhlükəsizliyi üzrə Onillik Fəaliyyət Planına başlanmasına dəstək məqsədilə “BakuBus” MMC-nin ictimai nəqliyyat sürücülərinə təlim keçmişdir. Təlim Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) və Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə birgə hazırlanmış və AMAK tərəfindən Azərbaycan dilə tərcümə edilərək təşkil edilmişdir. Təlimin təşkili Atəşgah Sığortanın sponsorluğu ilə həyata keçirilmişdir.
    BMT-nin 2021-2030-ci illər Yol Hərəkəti Təhlükəsizliyi üzrə Onillik Fəaliyyət Planında hər bir yol istifadəçisinin yollardan bərabər şəkildə istifadə etməsi, inklüzivliyin təmin olunması nəzərdə tutulmuş və bir sıra tövsiyələr öz əksini tapmışdır. Qlobal Planın məqsədləri arasında şəxsi avtomobillərdən istifadəni azaldaraq diqqəti ictimai nəqliyyat və velosipedlərin istifadəsinə yönəltməkdir. Məhz buna görə də, AMAK əlilliyi olan insanların ictimai nəqliyyatda müyəssərliyinin təmin edilməsini bu istiqamətdə görüləcək ən vacib işlərdən hesab edir. Belə ki, təşkil olunan təlimin məqsədi əlilliyi olan insanların ictimai nəqliyyatda daha inamla səyahət etmələrini təmin etmək, sürücüləri müxtəlif əlilliklə bağlı daha geniş məlumatlandırmaq, praktiki məşğələlər vasitəsilə onların biliklərini daha da artırmaqdır. Təlim zamanı sürücülərin fikirlərini daha ətraflı öyrənmək üçün təlim öncəsi və sonrası sorğular keçirilmiş və nəticələrin müqayisəsi aparılmışdır.
    Bundan əlavə bir sıra əlilliyi olan insan təlimdə iştirak edərək ictimai nəqliyyatda qarşılaşdıqları çətinlikləri bölüşmüş və öz tövsiyələrini vermişdir. İştirakçılar da müxtəlif modullar zamanı öz şəxsi təcrübələrini bölüşərək fəal şəkildə təlimdə iştirak etmişdir. Bu cür təlimlərin cəmiyyət üçün faydalı olduğu bildirilmiş və daha geniş kütlə üçün keçirilməsini tövsiyə etmişdi



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR