AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəblərdə sinif rəhbərliyi ləğv edilir? - Təhsil Nazirliyindən AÇIQLAMA

  • + A
  • - A
  • 7-01-2017, 11:24

    Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
    Nazirlikldən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
    Nazirlikdən daha sonra əlavə edilib ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur.
    Bununla belə, I-IX siniflərdə tədris olunan “Həyat bilgisi” fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi II yarımildən dayandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR