AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Azərbaycan Gəncləri Günü qeyd edildi - VİDEO/FOTOLAR

  • + A
  • - A
  • 2-02-2022, 21:00

    Masallıda Azərbaycan Gəncləri Günü qeyd edildi - VİDEO/FOTOLAR


    Masallı rayon Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə tədbir keçirilib.

    Tədbir öncəsi Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

    Asiya TV xəbər verir ki, tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Sonra Mərkəzin konfrans zalında rayonda keçirilmiş gənclər siyasətini əhatə edən videoçarx nümayiş etdirilib.

    Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoşbəxt və firavan gənclik, sağlam həyat və uğurlu gələcək arzulayıb.

    İcra basçısı Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi olduğunu vurğulayıb.

    Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxışında qeyd edib ki, bu gün ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da gənclər öz bayramlarını böyük sevinc və qürur hissi ilə qeyd edirlər.

    Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onları bütün sahələrdə fəal, vətənpərvər olmağa çağırıb.

    Masallı Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, şəhid çavuş Rafail Hüseynovun atası Teymur Hüseynov, Dəmirçi kənd ümumi orta məktəbinin direktor müavini İradə İmanbəyli, Kinqboksinq idman növü üzrə üçqat Dünya çempionu Rəşid Rəşidli, Masallı Dövlət Regional Kollecinin tələbəsi Aysun Əliyeva gənclərə öz təbriklərini çatdırıblar.

    Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Gənclər və İdman İdarəsini Fəxri Fərmanları, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin qiymətli hədiyyələri təqdim edilib.


    Tədbir Masallı Regional Mədəniyyət İdarəsinin solistləri fortopionada Bəhruz Mövsümov, müğənnilər - Atamoğlan Zahidov və Miriş Hüseynovun canlı ifasında könülləri oxşayan konsert proqramı ilə davam edib.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR