Bakı şəhərində yerləşən R. Nəsrəddinov adına 39№-li tam orta məktəbin 6 ç sinif rəhbəri və şagirdləri, həmçinin valideynlər Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər. Səfər sinif rəhbəri Şəhla Əhmədovanın təşkilatçılığı ilə reallaşıb.
Azadmedia.az xəbər verir ki, 6ç sinfinin rəhbəri Şəhla Əhmədovanın rəhbərliyində, qoruqla tanışlıq burada inşa edilən muzeydən başlayıb. Məlumat verilib ki, muzey 2011-ci ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb. Muzeyin girişində petroqliflər təqdim edilir. Qobustan petroqliflərinin rəsmlərini zalın divarlarında və tavanında da görmək mümkündür.
Şagirdlərə bildirilib ki, muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunub. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılıb. Döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini əks etdirən işıq şüalarından ibarət təsvirlər salınıb.
6ç sinif şagirdləri zalları gəzərək ekspozisiyalarla tanış olublar. Qeyd olunub ki, “Qobustan: YUNESKO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks edilib. Bu otaqdakı sərgilər Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft Kompleksinin Azərbaycan və dünyanın qayaüstü incəsənəti irsinin zəngin bir hissəsi olduğunu göstərir.
Sonra məktəblilər qoruq ərazisindəki qədim rəsm nümunələrinə baxıblar, xatirə şəkilləri çəkdiriblər.