İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 400-dən çox şəxs Sosial Xidmətlər Agentliyi tərəfindən hər biri üzrə reabilitasiya planı hazırlanmaqla sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edilib. Azasmedia.az Nazirliyin nəzdində fəaliyyət göstərən SXA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi hazırda 57 repatrianta və ailə üzvlərinə evlərində sosial-psixoloji reabilitasiya xidmətlərini davam etdirir.
Agentliyin sosial işçi və psixoloqlardan ibarət mütəxəssis qrupları repatriantların ailələrinə səfər edərək onların və ailə üzvlərinin reabilitasiyasını həyata keçirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.