AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabahın hava proqnozu AÇIQLANDI

  • + A
  • - A
  • 19-03-2023, 18:00

    Sabahın hava proqnozu AÇIQLANDI

    Faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, martın 19-da bəzi yerlərdə arabir yağış yağıb.
    Yağan yağıntının miqdarı Göyçayda 7.0 mm, Balakəndə 5.0 mm, Qaxda 2.0 mm, Zaqatala, Qobustan, Qusar, Şəki, Yevlaxda 1.0 mm-dək olub.

    Daşkəsən, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qrız, Şahdağ, Göyçay, İmişli, Kürdəmir, Neftçala, Biləsuvar, Lənkəran, Lerikdə, eləcə də Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, görünüş məsafəsi 300 metrədək məhdudlaşıb.

    Havanın temperaturu martın 18-də Bakıda iqlim normasından 6.2° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17°-dək isti, Naxçıvanda 20°-dək isti, dağlıq rayonlarda 13°-dək isti, aran rayonlarında 23°-dək isti olub.

    Martın 20-dən bəzi rayonlarda arabir yağıntılı olacağı, 22-si axşamdan əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR