Türkiyənin Ali Seçki Şurası (YSK) zəlzələ bölgələrində qurulan konteynerlərdə seçkilərin sağlam keçirilməsi üçün hazırlıq işləri görüb.
AzadMedia.az bu barədə "Anadolu"ya istinadən xəbər verir.
Qeyd edilib ki, zəlzələ nəticəsində zərər görən məktəb binalarının əvəzinə seçki prosesi səsvermə üçün quraşdırılmış konteynerlərdə keçirilir. Zərər görməyən məktəb binalarında isə seçki prosesi həmişəki qaydada təşkil edilib.
Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.