AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə şəhidlərin qisasını aldı - PKK lideri belə məhv edildi + Video

  • + A
  • - A
  • 18-05-2021, 20:20

    Türkiyə şəhidlərin qisasını aldı - PKK lideri belə məhv edildi + Video

    Türkiyə Milli Müdafiə Nazirliyi PKK terrorçularının Suriya qanadının lideri, Sofi Nurettin adı altında gizlənən Halef El- Muhammedin məhv edildiyi anın görüntülərini yayımlayıb.

    Azadmedia.az xəbər verir ki, kadrlarda Halef El- Muhammedin olduğu bildirilən mağaraya “F-16” qırıcıları vasitəsilə raket zərbəsi endirildiyi görünür.

    İnterpolun qırmızı bülleteni ilə axtarılan Muhammed,Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Türkiyə ordusunun ortaq əməliyyatı ilə zərərsizləşdirilib.

    Terrorçunun koordinatlarının təyin edilməsindən sonra o, PUA-lar vasitəsilə 24 saat boyunca nəzarətdə saxlanılıb, həmçinin ərazinin təhlili və qiymətləndirilməsi aparılıb.

    Göstərilən ərazidə mülki şəxslərin olmadığı barədə məlumatlar əldə edildikdən sonra “F-16” qırıcıları Sofi Nurettin və köməkçilərinin olduğu mağaraya raket zərbəsi endirib.

    Türkiyə səlahiyyətlilərinə görə, Sofi Nurettin bu il fevral ayında İraqın şimalındakı Qara bölgəsindəki “Pençe Kartal-2” əməliyyatı zamanı Türkiyə ordusuna müqavimət göstərməyə çalışan terrorçulara rəhbərlik edib. 13 Türkiyə vətəndaşının edam edilməsini əmr edən şəxsin məhz o olduğu bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR