Türkiyədə idman yarışlarına məhdud sayda azarkeşlər buraxılacaq.
AzadMedia.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Türkiyəli nazir idman müsabiqələrinin yeni mövsümündə azarkeşlərlə keçirilib-keçirilməyəcəyi ilə bağlı suala belə cavab verib:
“Qarşıdakı dövrdə təkcə bu sahə üzrə deyil, bütün sahələrdə məhdudiyyətlərin götürülməsinin tərəfdarıyıq. İdman yarışları üçün də sayları müəyyən edərək azarkeşlərin buraxılacağını indidən demək istəyirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.