AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazi Turan İslamovun ad günü qeyd olunub

  • + A
  • - A
  • 20-05-2021, 23:04

    Qazi Turan İslamovun ad günü qeyd olunub


    Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlik, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Göyçay informasiya agentliyi, Nar Tv və Göyçay qəzetinin rəhbərliyi ilə birgə Vətən müharibəsi qazisi Turan Əhəd oğlu İslamovu müalicə aldığı Göyçay rayon Mərkəzi xəstəxanasında ziyarət ediblər. Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Elçin Bilalov xəstəxanada müalicə alan vətən müharibəsi qazisi Turan İslamovun müalicəsi ilə bağlı məlumat verərək, qazini ad günü münasibətilə xəstəxana kollektivi adından təbrik etdi.

    Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürov çıxış edərək Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandığını, Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldığını bildirdi.

    Bildirildi ki, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.

    Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu

    Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Bu günlərdə respublikamızın hər yerində olduğu kimi Göyçay rayonunda da Ali Baş komandanın qismən səfərbərlik elan etməsi çağrışına səs verən igid gənclərimiz 30 ilə yaxın düşmən tapdağından olan vətən torpağının müdafiəsinə qalxdı. Rayonumuz ikinci Qarabağ müharibəsində 46 şəhid verdi. 1500 dən çox könüllü gəncimizdən 200 yaxını qazi olaraq evlərinə döndü. Bildirək ki, Göyçay rayon icra hakimiyyəti başçısı cənab Mehdi Səlimzadə müharibə ərzində və müharibədən sonra şəhid ailələri, qazilərlə vaxtaşırı görüşür və bu dərəcədə olan şəxsləri daim diqqət və qayğıda saxlayır.

    Rayon icra hakimiyyətin aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Birinci Qarabağ müharibəsi iştirakçısı, kapitan Hikmət Süleymanov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, bu qələbədə Silahlı Qüvvələrimizin, onun sıralarında döyüşən göyçaylı əsgər və zabitlərin şücaətindən, habelə bu gün ölkəmizdə şəhidlərimizin ailələrinə və qazilərə, eləcə də döyüşçülərə göstərilən dövlət qayğısından danışaraq, rayon rəhbəri tərəfindən Vətən müharibəsi zamanı göstərdiyi igidliyə görə verilən təşəkkürnaməni qazimizə təqdim etdi.

    Bu gün 32 yaşı tamam olan Qazimiz Turan İslamov bu gün ad gününü onunla birgə keçiriən rayon ictimayyət nümayəndələrinə minətdarlığın bildirərək, Göyçay rayon İcra Hakimiyyəti başçısına öz təşəkkürünü bildirdi.
    Görüşdə qazi Turan İslamov cəbhə xatirələrindən, şərəfli döyüş yolundan bəhs edərək, bu gün ölkəmizdə qalib ordunun qazilərinə göstərilən diqqət və qayğıdan danışılıb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR