Türkər Əliyevadan şikayət edən generalın kimliyi bəlli oldu

General-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayət edən şəxsin ANAMA rəsmisi Ceyhun Rzayev olduğu məlum olub.
Məlumata görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayevin şikayəti əsasında Türkər Əliyeva şübhəli şəxs qismində tutulub.
Məsələ ilə bağlı onun vəkili Hikmət Əliyev açıqlama verib. Vəkil müdafiə tərəfinin irəli sürülən ittihamla razılaşmadığını bildirib.
“Hazırda ölkə xaricindəyəm. Amma işdən tam xəbərim var. Onu deyə bilərəm ki, bu, mülki xarakterli bir məsələdir, cinayət faktı yoxdur. Bütün sübutlarımızı istintaq orqanına və məhkəməyə təqdim edəcəyik”, – deyə o vurğulayıb.
Bildirilib ki, Türkər Əliyeva ilə bağlı hələlik məhkəmə qərarı yoxdur və o, hazırda prokurorluqda ifadə verir.
Xatırladaq ki, Türkər Əliyeva tanınmış mediatordur. Ceyhun Rzayev isə uzun müddət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.