AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəbrayıl və Laçında növbəti əmək yarmarkaları keçiriləcək

  • + A
  • - A
  • 3-04-2025, 16:12

    Cəbrayıl və Laçında növbəti əmək yarmarkaları keçiriləcək

    Cəbrayıl, Qubadı, Zəngilan və Laçın rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl və Laçın rayonlarında növbəti əmək yarmarkaları keçirəcək.

    Yarmarkalar:

    • Cəbrayılda aprelin 8-də saat 11:00-da M.Mehdizadə adına tam orta məktəbdə
    • Laçında aprelin 9-da saat 11:00-da Seyrangah ərazisində

    təşkil olunacaq.

    Yarmarkaların hər birində 10-dan çox işəgötürən tərəfindən 100-dən çox vakansiya (o cümlədən, elektrik mühəndisi, departament müdiri, şöbə müdiri, böyük məsləhətçi, mühasib, anbardar, kassir, satıcı, çilingər, bənna, rəngsaz, aşbaz, nəzarətçi, santexnik, qazpaylayıcı stansiyada operator və s.) təqdim olunacaq.

    Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat veriləcək, uyğun namizədlərin qeydiyyatı aparılacaq.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR