AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şiddətə məruz qalan qadınla bağlı hüquq-mühafizə orqanlarının tədbir görəcəyinə inanırıq” - Ombudsman

  • + A
  • - A
  • 23-03-2021, 13:54


    Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) sosial şəbəkələrdə yayılmış qadının əri tərəfindən şiddətə məruz qalması ilə bağlı məlumatlara münasibət bildirib.

    Ombudsman Aparatından verilən məlumata görə, insanların ləyaqət hüququnun kobud pozulması ilə müşayiət olunan məişət zorakılığı, xüsusilə ailə daxilində qadınlara qarşı zorakılıq və şiddət hallarının aradan qaldırılması dövlətin və cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biridir.

    “Bu günlərdə sosial şəbəkələrdə yayılmış qadının əri tərəfindən şiddətə məruz qalması cinayətini qətiyyətlə pisləyir, bununla bağlı tez bir zamanda hüquq-mühafizə orqanları tərəfindən qanun çərçivəsində müvafiq tədbirlərin görüləcəyinə inanırıq. Məişət zorakılığı, qadınlara qarşı şiddət və ümumilikdə zorakılıq hallarına qarşı mübarizə daim Ombudsmanın diqqət mərkəzindədir”, - deyə vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR