AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabahdan məktəb seçimi başlayır

  • + A
  • - A
  • 23-06-2021, 12:26


    Sabahdan məktəb seçimi başlayır. Bu barədə Azadmedia.az-a BŞTİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəşarət Məmmədov məlumat verib. BŞTİ sözçüsü qeyd edib ki, 24 iyun saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start veriləcək.
    Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.
    Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR