AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rektor media nümayəndələrini təbrik etdi

  • + A
  • - A
  • 22-07-2021, 19:00

    Rektor media nümayəndələrini təbrik etdi

    Hörmətlə İbrahim Cəfərov,
    Professor, ADAU-nun rektoru


    Bu gün ölkəmizdə Milli Mətbuat nümayəndələri və Jurnalistlər peşə bayramlarını qeyd edirlər. Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. İlk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
    “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının inkişafında əvəzsiz rolu olub. Təəssüf ki, Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.
    Azərbaycan mətbuatı həmişə cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
    Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Media nümayəndələri həmişə dövlətin diqqətini üzərlərində hiss edirlər. Jurnalistlərdən danışarkən Vətən uğrunda savaşı işıqlandırarkən canlarından keçmiş jurnalistləri də unutmaq olmaz. Hamısının ruhu şad olsun. Bu gün cənab Prezident İlham Əliyevin iki şəhid jurnalist ailəsinə mənzil hədiyyə etməsi bir daha dövlətin həmişə şəhid ailələrinə, media nümayəndələrinə diqqətinin təzahürüdür.
    Əziz media nümayəndələri, hörmətli jurnalistlər, peşə bayramınız mübarək! Hər zaman dəqiq, qərəzsiz yazın. Siz cəmiyyətimizin güzgüsüsünüz. Qələminiz həmişə qılınc kimi iti olsun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR