AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan ən mürəkkəb problemləri beynəlxalq hüquq müstəvisində həll edir

  • + A
  • - A
  • 17-10-2023, 10:32

    Azərbaycan ən mürəkkəb problemləri beynəlxalq hüquq  müstəvisində həll edir

    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı çıxışında qeyd etmişdir ki, rəsmi İrəvanın təxribatçı siyasəti İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. Ermənistanın təxribatları və müharibə cinayətləri 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən müharibənin başlanmasına gətirib çıxardı.
    Tarixə qovuşan münaqişənin dinc diplomatik yollarla, danışıqlar masası arxasında həll edilməsi səylərinə rəğmən, Ermənistan militarist siyasitini həyata keçirərək, Azərbaycana qarşı yeni-yeni ərazi iddialarını irəli sürür, mövcud status kvonun saxlanılmasına üstünlük verirdi. Əlbəttə ki, işğalçı dövlətin məsuliyyətsiz davranışı həmçinin Minsk qrupu tərəfindən münaqişənin həlli yolunda heç bir fəaliyyət göstərməməsindən də qaynaqlanırdı. Hətta Azərbaycan Ordusu əks-hücum əməliyyatları apararkən Minsk qrupu yalnız kompromislərin qaçılmaz olduğunu bildirirdi. Digər tərəfdən BMT-nin Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamədə ölkəmizin suverenliyi və ərazı bütövlüyünün bəyan edilməsi, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyinin vurğulanmasına baxmayaraq 30 ilə yaxın bir müddətdə universal beynəlxalq təşkilat olan BMT qəbul etdiyi aktların icrasını təmin edə bilmədi. Belə şəraitdə Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa etdi. Ancaq 2020-ci il 10 noyabr tarixində Ermənistanın kapitulyasiyasını təsdiqləyən Üçtərəfli bəyanat imzalansa da, bu hüquqi razılaşmanın müddəaları kobud formada ermənilər tərəfindən pozudu. Buna cavab olaraq ölkəmiz Qarabağ iqtisadi rayonunun ərazisində bir sutkadan da az davam edən antiterror tədbirləri həyata keçirərək, Ermənistanın Qarabağdakı ordusunu tamamilə tərk-silah etdi və suverenliyimizin bütöv ərazimizdə tam bərpa olunmasına nail oldu.
    Vacib məsələlərdən biri də ondan ibarətdir ki, Azərbaycan həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirlərinin həyata keçirilməsi zamanı beynəlxalq humanitar hüquq normalarına riayət etmişdir və yalnız legitim hərbi hədəflərə zərbələr endirmişdir. Azad olunmuş ərazilərə səfər edən BMT missiyası mülki infrastruktura, xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni obyektlərə heç bir ziyanın qeydə alınmadığını bildirib. Həmçinin son atəşkəsdən sonra mülki əhaliyə qarşı hər hansı zorakılıq hallarının olmaması da vurğulanıb.
    Bütün bunlar Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquq çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə ən ciddi formada riayət etməsinin sübutudur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR