AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili: "Çalışdıq bayramqabağı hər kəs görüşdən razı qalsın"

  • + A
  • - A
  • 20-12-2023, 21:21

    Millət vəkili: "Çalışdıq bayramqabağı hər kəs görüşdən razı qalsın"

    Millət vəkili, hər dəfə xeyriyyə əməlləri ilə Masallı rayon vətəndaşlarının yanında olan Məşhur Məmmədov bayramqabağı ənənəsinə sadiq qalıb seçiciləri ilə görüşüb

    Özünün də sosial media hesabında qeyd etdiyi kimi, istəklər bayram əhval-ruhiyyəli olub. Azadmedia.az millət vəkili Məşhur Məmmədovun sözügedən statusunu təqdim edir:
    "İlin son qəbul-görüşləri üçün Masallıdayıq. Bu gün YAP-ın Masallı rayonunda yerləşən inzibati binasında seçicilərin qəbulu oldu. 17 seçici qəbulda iştirak edirdi. Hər dəfə çalışırıq ki, gələnlərin əksər hissəsinin xahişlərinə yerində köməklik göstərək. Bu səbəbdən rayonun məsul şəxslərini də qəbul-görüşlərə dəvət edirik. Bəzən bizdən asılı olmayan səbəblərdən aidiyyatı orqanlara yönəldirik, məsələnin həlli prosedur qaydalarına uyğun zaman alır. Bugün köməkçilərimlə birgə keçirdiyim qəbulda istəklər əsasən bayram əhval-ruhiyyəli idi. Təbii ki, çalışdıq bayramqabağı hər kəs görüşdən razı qalsın.
    Qəbul-görüşlərimiz davam edir".












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR