AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaynadılmayan su içmək qadağası varmı? - Rəsmi açıqlamalar

  • + A
  • - A
  • 30-01-2024, 15:34

    Qaynadılmayan su içmək qadağası varmı? - Rəsmi açıqlamalar

    Covid-19 zamanı naməlum Niquşlar tərəfindən onların səs yazılarının vatsap qruplarında yayılıb insanları təşvişdə saxlamaq cəhdi çoxumuzun yadındadı. O vaxtlar DİN əməkdaşları operativ belələrini ifşa edir, onlar etiraf edirdilər ki, vatsapla yaydıqları səslər təxəyyüllərinin məhsuludur.

    Bir aydan çoxdur ki, ölkədə qrip, suçiçəyi, qızılca və Hepatit A tüğyan edir. Əlaqədar təşkilatların maarifləndirici və mütəmadi məlumatları yenə gecikir. Bu hal növbəti Niquşlara əl-qol açmağa şərait yaradır.
    Ötən həftə yenə səs yazıları yayıldı. Yayılan səs yazıları guya hansısa məktəbəqədər müəssisə və məktəb rəhbərliyinin səsidir. Onlar bildirir ki, rəhbərlik bizə tapşırıq verib ki, uşaqlara yalnız qaynadılmış su verin.
    Doğrudanmı yayılan xəstəliklərin səbəbi içdiyimiz sulardadı?
    Azadmedia.az məsələ ilə bağlı SEDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. A.Cəbrayıllı yayılan məlumatın doğru olmadığını, əhaliyə verilən içməli suyun laboratoriyada ciddi yoxlandığını bildirdi və tövsiyə etdi ki, ürəklə krant sularından istifadə edə bilərsiz.
    Səs yazılarında şəxslər özlərini MÜTDA-ya tabe müəssisələrin rəhbərləri kimi təqdim etdiklərindən, tapşırığı onlardan aldıqlarını dedikləri üçün sorğumuzu Agentliyə yolladıq.
    Qurumdan bildirdilər ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sosial şəbəkə vasitəsi ilə yayılan səs yazısı ilə bağlı ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinə rəsmi tapşırıq verilməyib. Qeyd edək ki, ehtiyac olduğu halda bununla bağlı qərar aidiyyəti digər qurumlar tərəfindən verilir.
    Gördüyünüz kimi, MÜTDA da səs yazılarının doğru olmadığını, müəssisələri xəbərdar etmək lazım gələrsə, bunu vatsap üzərindən yox, verilən qərarları rəsmi bəyan edəcəklərini açıqlayır.

    Səsləri kim yayır? İnsanları təşvişdə saxlamaqda məqsəd nədir?
    Yaqin ki, söz hüquq-mühafizə orqanlarının olacaq.
    Panikada olan insanlara maarifləndirici məlumat vermək əvəzinə mənbəsi məlum olmayan xəbərlərlə daha da stresə salmaq cəhdi qəbuledilməzdir.

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR