"“Taliban”ın beynəlxalq səviyyədə tanınması hazırda gündəmdə deyil”.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi brifinqdə deyib.
“ABŞ-ın tez-tələsik Əfqanıstandan geri çəkilməsindən sonra geridə qalan çox sayda silahın dağıdıcı məqsədlərlə istifadə edilməyəcəyinə ümid edirik. “Taliban”la əlaqədəyik. “Taliban”ın əhatəli hökumət qurmaq məsələsində verdiyi sözləri yerinə yetirməsi çox önəmlidir. Hazırda “Taliban”ın beynəlxalq səviyyədə tanınması gündəmdə deyil”, - XİN rəhbəri vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.