AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İTV üzr istədi

  • + A
  • - A
  • 15-07-2024, 16:57


    İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Avropa Çempionatının final oyununun yayımı zamanı yaranmış texniki problemə görə tamaşaçılardan üzr istəyib.

    Bu barədə telekanalın rəsmi feysbuk hesabında paylaşım edilib.

    Bildirilib ki, efirdən əvvəl edilən test zamanı bu kimi problem qeydə alınmayıb: “Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı. Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik”.

    Qeyd edək ki, yayım zamanı səs və görüntü uyğunsuzluğu sosial şəbəkələrdə tənqid edilib. Belə ki, şərhçi qarşılaşmanı birbaşa Almaniyadan şərh etdiyi üçün səs və görüntü arasında təxmini 3-5 saniyə fərq hiss olunub. Müzakirələri əsasən İspaniya millisinin üzvü Niko Uilyamsın qol vurduğu kadrın şərhdən bir neçə saniyə sonra yayımlanması ətrafında aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR