AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KTMT Baş katibi: Ermənistanla dialoqa hazırıq

  • + A
  • - A
  • 18-09-2024, 13:01

    KTMT Baş katibi: Ermənistanla dialoqa hazırıq

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı bərabərhüquqlu tərəfdaş hesab etməkdə davam edir və bütün məsələlər üzrə dialoqa hazırdır.

    Bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov "Müttəfiqlər. KTMT" ictimai-siyasi nəşrinə müsahibəsində deyib.

    O qeyd edib ki, Ermənistan nümayəndələri KTMT-nin Rusiya, Qazaxıstan və Qırğızıstanda keçirilən bir sıra birgə təlimlərində iştirak etməyiblər: “Bununla belə, KTMT rəhbərliyi hələ də Ermənistana təşkilat formatında bərabərhüquqlu tərəfdaş kimi baxır”.

    “Biz İrəvandan olan həmkarlarımızla aktual məsələlərin bütün spektri üzrə dialoqa hazırıq”, - Baş katib bildirib.

    Onun sözlərinə görə, “Qarşılıqlı fəaliyyət”, “Axtarış” və “Eşelon” təlimlərində ən müasir texnikadan, o cümlədən müxtəlif tipli pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.

    KTMT-nin Baş katibi qeyd edib ki, beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyət KTMT-nin ən mühüm fəaliyyət istiqamətlərindən biri olaraq qalır. O, əsas strukturlar kimi BMT, ŞƏT və MDB-ni, o cümlədən onların terrorizmə qarşı mübarizəyə nəzarət edən bölmələrini qeyd edib.

    Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki, ölkə KTMT ilə münasibətlərdə “dönüş olmayan nöqtə”yə yaxındır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR