AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalanıb

  • + A
  • - A
  • Bu gün, 11:32

    Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalanıb

    Özbəkistanın Səmərqənd vilayətində təşkil olunan “Birlik-2025” birgə regional təlimi çərçivəsində dəyirmi masa və “Əməkdaşlıq memorandumu”nun imzalanmasına həsr olunmuş tədbir keçirilib.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Tədbirdə Azərbaycan Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənovun və Özbəkistan Milli Təhlükəsizlik və Müdafiə Universiteti rəisinin müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rəisi polkovnik Akmoljon Qodirovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

    Keçirilən dəyirmi masa zamanı ölkələr arasında hərbi təhsil və elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gələcək perspektivlər müzakirə olunub. Regionda sülhün və təhlükəsizliyin təmin olunmasında elmi biliklərin və müasir hərbi təhsilin rolu, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

    Azərbaycan nümayəndə heyəti Milli Müdafiə Universitetində tətbiq olunan təhsil sistemi və aparılan islahatlar barədə ətraflı məlumat verib, həmçinin brifinq təqdim olunub.
    Təlim çərçivəsində Azərbaycan Milli Müdafiə Universiteti və Özbəkistan Hərbi Təhlükəsizlik və Müdafiə Universiteti arasında “Əməkdaşlıq memorandumu” imzalanıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR