AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda polisdən ÖRNƏK ADDIM: övladının qidasını xəstə uşağa gətirdi - VİDEO

  • + A
  • - A
  • 8-06-2020, 08:54

    Bakıda polisdən ÖRNƏK ADDIM: övladının qidasını xəstə uşağa gətirdi - VİDEO

    Bakıda polis övladının qidasını xəstə uşaq üçün gətirib.

    AzadMedia.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. İyunun 7-də vətəndaş Daxili İşlər Nazirliyinin 102 Qaynar xətt xidmətinə müraciət edərək evində azyaşlı xəstə uşağının qidasının qurtardığını və uşağın acından ağladığını bildirib.

    102 xidməti dərhal məsələyə reaksiya verib və müraciət Nərimanov rayon Polis İdarəsinə yönləndirilib. Məlumat əsasında Nərimanov rayon Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanaraq ünvanı müəyyən edib və həqiqətən də xəstə uşağın qidasının bitdiyinin şahidi olub.

    Paytaxt ərazisində aptek və mağazalar açıq olmadığından polis əməkdaşları uşaq qidası tapa bilməyib. Çarəsiz qalan polis əməkdaşlarından biri xidməti ərazini icazə ilə tərk edərək evinə yollanıb. Polis əməkdaşı yaşadığı evdən öz övladının qidasını götürərək əraziyə qayıdıb və həmin qidanı azyaşlının ailəsinə təqdim edib. Gənc ailə polisin bu xeyirxah əməlinə görə həmin polisə və daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR