AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakının bu əraziləri iki gündür susuz qalıb

  • + A
  • - A
  • 13-06-2020, 21:40

    Bakının bu əraziləri iki gündür susuz qalıb

    Paytaxtın Bakıxanov və Qaraçuxur qəsəbəsinə suyun verilməsində fasilə yaranıb.

    Sakinlərin Axar.az-a verdiyi məlumata görə, qəsəbənin həm yaşayış binaları, həm həyət evlərinə su verilmir. Eyni zamanda, 3 mindən çox sakini olan “Uğur-2” yaşayış kompleksinin sakinləri də iki gündür susuzluqdan əziyyət çəkirlər.

    “Azərsu” ASC-nin Sabunçu Rayon Sukanal İdarəsindən deyilib ki, problem təkcə bu rayonla məhdudlaşmır, Suraxanı və Xətai rayonlarının da bəzi ərazilərində içməli suyu təminatında problem yaşanır.

    “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza bildirib ki, problemlə bağlı məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR