AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sürücülərin maskasız sərnişinlərə biganə yanaşması ilə bağlı reydlər keçirilir

  • + A
  • - A
  • 25-06-2020, 20:40

    Sürücülərin maskasız sərnişinlərə biganə yanaşması ilə bağlı reydlər keçirilir

    Bu gündən avtobuslara maskasız daxil olmaq qadağan edilib. Qərarın qüvvəyə mindiyi ilk gün ayrı-ayrı dayanacaqlarda avtobusa maskasız daxil olmaq istəyən sərnişinlər müşahidə edilib.

    Bunu Azadmedia.Az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, sürücülərin tövsiyəsindən sonra həmin sərnişinlər maska istifadə ediblər:

    “Bununla yanaşı, sürücülərin maskasız sərnişinlərə qarşı biganə yanaşması halı da müşahidə edilir. Bununla bağlı toplanan məlumatlar əsasında BNA tərəfindən reydlər keçirilir. Bütün hallar qeydə alınır və analiz edilir. Qarşıdakı günlərdə qərarın icrasına nəzarət tədbirləri də gücləndiriləcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR