AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ” yatağının neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün böyük faydası olacaq

  • + A
  • - A
  • 11-08-2020, 16:38

    “Qarabağ” yatağının neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün böyük faydası olacaq

    Dünən Azərbaycan daha bir tarixi gün yaşadı. Cənab Prezident İlham Əliyevin iştirakı ilə “Qarabağ” yatağı istismara verildi.
    “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə ən böyük sualtı konstruksiyadır. Bu mənada dayaq blokunun hazırlanması və dənizə yola salınması mərasimi bir daha Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirdi, eyni zamanda neft-qaz sektorunda yeni perspektiv uğurların ilk elementinə çevrildi”. Bu sözləri Azadmedia.az saytına söyləyən Milli Məclisin deputatı Məşhur Məmmədov əlavə olaraq qeyd edib ki, bu kontekstdə vurğulanmalıdır ki, “Qarabağ” yatağının istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq. Məşhur Məmmədov onu da bildirib ki, çəkisi 16 min tondan çox, hündürlüyü təqribən 190 metr olan qurğunun hazırlanmasında iştirak edənlərin 95 faizi yerli mütəxəssislər olub və onların da orta əməkhaqqısı təqribən 1200-1500 manat ətrafındadır: “Belə bir nəhəng qurğunun yerli istehsal olması ayrıca qeyd olunmalı bir nailiyyətdir. Çünki hələ keçmiş sovet dövründə bu cür qurğular olmadığından dərinliyi 180 metr olan “Qarabağ” yatağında neft-qaz çıxarılmamışdı. Və bu gün çox sevindirici haldır ki, neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilən, eyni zamanda ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək “Qarabağ” yatağı neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün böyük faydası olacaq. Həmçinin, bu yataqdan gələcək neft və qaz gəlirləri Azərbaycan əhalisinin sosial rifah halının daha da yüksəldilməsinə səbəb olacaq”.
    Bu gün Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP, eləcə də BTC və BTƏ layihələri vasitəsilə dünyanın enerji strategiyasında əhəmiyyətli rolunu alıb: “Azərbaycan dünyada ən etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi kimi tanınmaqdadır. Məhz, “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliyaya çatdırılacaq və perspektivdə Balkan bölgəsində yerləşən ölkələrə də qazın verilməsi mümkün olacaq. Bir sözlə, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz-2”, “Şəfəq-Asiman”, “Abşeron”, “Qarabağ” və digər yataqların istismarı Azərbaycanın Avrasiyanın yeni enerji xəritəsindəki mövqeyini gücləndirəcək. Bununla da Azərbaycan bir çox ölkələr üçün strateji və etibarlı tərəfdaş olaraq qalacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR