2019-cu ilin sonları Azərbaycan tarixinə Respublikada geniş struktur 
islahatlarına start verilməsi kimi düşəcəyi şübhəsizdir. Dünya təcrübəsi göstərir ki, 
hökumət başçılarının siyasi iradə nümayiş etdirdiyi ölkələrdə uğurlu islahatların 
tətbiqi mümkündür. Praqmatik siyasəti ilə həm daxili, həm də xarici siyasətdə 
uğurlar qazanmış Prezident İlham Əliyevin struktur islahatlarına başlamasının əsas 
məqsədi iqtisadi idarəetmə mexanizmini təkmilləşdirmək, ölkəmizin hərtərəfli 
inkişaf və tərəqqisini sürətləndirməkdir. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, 
ölkəmizdə sosial-iqtisadi islahatların qarşısını heç bir qüvvə ala bilməz. İslahatlar 
bundan sonra da qətiyyətlə davam etdiriləcək. Hər kəsə bəllidir ki, Azərbaycan 
dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. 
Azərbaycan xalqı bunu görür və yüksək qiymətləndirir.
2019-cu il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya 
Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI 
illik plenar sessiyasında bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” 
ifadəsi dövlət başçısının prinsipial, birmənalı və qətiyyətli mövqeyi ilə bu gün artıq 
reallaşdı. Dövlətimizin başçısının bu bəyanatı böyük əks-səda doğurdu, şüara 
çevrildi.
Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, Azərbaycan Prezidenti 
İlham Əliyev qələbə sevincini belə bölüşmüşdü: “Qarabağ Azərbaycandır və 
nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan 
əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir 
milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli 
bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam 
bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, 
Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın 
Azərbaycan”!
HAŞİYƏ:
İLHAM ƏLİYEV: - “Hələ Sovet İttifaqının son illərində Azərbaycana qarşı 
böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və 
onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, böyük nifrət hissi var idi, mən bunu dəqiq bilirəm. Bunun nəticəsində 
Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq 
Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia 
qaldırdılar. Heydər Əliyev amili imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq 
Qorbaçovun yaxın ətrafı demək olar ki, ermənilərdən ibarət idi və bu əsassız iddiaya 
qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz 
ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün ilk 
addımlar məhz o vaxt atıldı”. 
Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq 
Qarabağ böyük Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə --1923-cü 
ildə Qarabağın dağlıq hissəsində 4,4 min kvadratkilometr ərazidə Dağlıq Qarabağ 
Muxtar Vilayəti yaradılmışdır. Bununla da həmin ərazidə separatçılıq meyllərinin 
əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XIX əsrdən 
başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlarına yiyələnmək iddiası 
dayanır.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin 
Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində 
təxribatları ilə başlamışdır. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, 
Ermənistan SSRİ-nin rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin 
ortalarından SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək 
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə 
başladılar.
Həmin fəaliyyətin tərkib hissəsi olaraq, 1987-89-cu illərdə Ermənistanda 
yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulmuş, 
onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanmışdır.
1988-ci il fevralın 20-də DQMV-nin Xalq Deputatları Sovetinin iclasında 
vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən 
ayrılaraq Ermənistan SSR-yə birləşdirilməsi haqqında Azərbaycan SSR və 
Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. İki 
gün sonra isə Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları 
Sovetinin qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. 
Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.
Münaqişə gündən-günə daha da genişləndi və Ermənistanın hərbi təcavüzü 
nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi – Dağlıq Qarabağ 
regionu və ona bitişik yeddi rayon işğal olundu.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan 
artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi 
əməliyyatlar dövründə həlak olub, 50 min nəfər isə əlil olub. Münaqişə nəticəsində 
4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca 
olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox 
azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.
1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min 
ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 
kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər 
infrastruktur obyektləri dağıdılıb.
Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə –
Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid 
Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavəng monastırları, 
Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə 
yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağaraları və 
Xocalıda tunc və dəmir dövrünə aid kurqanlar daxildir.
“Qarabağ Azərbaycandır və nida”
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil 
olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi 
tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə 
çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham 
Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, 
mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü 
xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu 
olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş 
Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb 
meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi 
ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə 
bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə 
çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı 
ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq 
səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham 
Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam 
edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq 
edildi.
“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 
günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! 
Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir 
dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq 
kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və 
sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda 
vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 
il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Paşinyan 
hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ 
bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix… 8 noyabr 2020-ci il, 
Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə 
daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! 
qoyduğu gündür.
Ərazi bütövlüyümüz təmin olundu - Heç bir statusdan söhbət gedə bilməz
Bəyanatda digər önəmli məqam ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər 
hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam 
təmin olunur. Bu Azərbaycanın tam və şərsiz qələbəsinin əyani sübutudur. 8 noyabr 
2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 
28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu. Bu müddət ərzində 
millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə 
arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza 
qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, ulu öndər Heydər 
Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, 
eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. 
Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da 
göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar 
tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur 
oldular.
Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, 
Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları 
zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı 
Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu 
Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş 
Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli 
əsgər və zabitlərimizdir.
Qarabağ – Azərbaycandır! Möhtəşəm 44 gün haqqında müxtəlif vaxtlarda 
deyilmiş və yazılmış fikirləri və baxışları ümumilışdirib bir səhifədə birləşdirdikdə 
insana qürurverən, milli mental dəyərləri riqqətə gətirən çox möhtəşəm bir yazı 
alındı. 
Bu möhtəşəmliyi, Respublikamızdan bir xeyli kənardan baxıb, daha da əzəməti
ilə seyr edib, öz fikirlərimizi Sizlərlə bölüşüb, subyektiv və obyektiv baxışlarımızı ortaya qoyub, bundan sonra nələr etməliyik adlandırıla bilən yazı ilə öz 
mülahizələrimizi bölüşmək istərdik.
İlk öncə onu qeyd edək ki, 2019-cu ilin son ayları sanki 27 sentyabr Vətən 
Müharibəsinə hazırlıq məqamı idi.
Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, güclü siyasi iradə nümayiş bilən dövlət 
başçıları uğurlu struktur islahatlarına nail ola bilirlər. 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarınin: - Qarabağ 
– Azərbaycandır!, 5-ci kalona qarşı açıq şəkildə “hərb” elan etməsi güclü iradənin 
nümayişi idi. 
2020-ci ilin pandemiyası, əhalinin sağlamlığınin ön plana çəkilməsi və sünii 
yaradılmış digər əngəllər Qarabağ – Azərbaycandır! əməliyyatının həyata 
keçirilməsinə maneə ola bilmədi. Nəhayət 27 sentyabr 2020-ci il və “Dəmir 
yumruq”əməliyyatına start verildi. 
Cəmi 44 günə 30 ilə yaxın bir müddət ərzində qurulmuş, Vətən fədailərinin bir 
nərəsi ilə darmadağın edilən düşmənin müdafiə xətti mifə çevrildi.
44 günlük Vətən Müharibəsi həm politoloqlar, həm də ekspertlər tərəfindən 
geniş təhlil olunaraq, qiymətləndirilmişdir. Hətta özləri üçün dərs götürən bir çox 
dövlətlər də olmuşdur.
Çox təəssüflər olsun ki, Ali Baş Komandan, Ordu, Xalq birliyinin əzəmətindən 
qorxuya düşən bəzi qüvvələr öz “göstəbəkləri” vasitəsilə bu qələbəyə kölgə salmağa 
da cəhdlər etdilər. 
Öz vətəndaşlarının qəlblərini riqqətə gətirən, qələbə sevinci yaşadan Müzəffər 
Ali Baş Komandanın “Dəmir Yumruq” əməliyyatı uzun illər təhlil olunacaq, kimisi 
dərs alacaq, kimisi qıcıq olub kölgə salmağa çalışacaq və s. Ən əsası bu möhtəşəm 
QƏLƏBƏ idi.
Vətən müharibəsinin birici hissəsi yuxarıda qeyd etdiyimiz kimi 
ŞƏHİDLƏRİMİZİN öz qanları ilə, Qarabağın və Dağlıq Qarabağın ən hündür 
zirvələrinə Qarabağ – Azərbaycandır! yazmaları ilə düşmənin güvənilən müdafiə 
xəttini yarması oldu.
Vətən Müharibəsinin şərti olaraq adlandırdığımız ikinci hissəsi isə rəşadətli 
Azərbaycan ordusunun texniki döyüş taktikalarından məharətlə istifadə edib mənfur 
düşmənə və onun havadarlarına sarsıdıcı zərbələrin vurulması idi. 
Vətən Müharibəsinin üçüncü hissəsi kimi, Azərbaycan Respublikası 
Prezidenti tərəfindən Mədəniyyət paytaxtı elan edilmiş, Şuşa şəhərinin işğaldan azad 
edilməsi ilə Dünya hərb tarixinə qızıl hərflərlə yeni taktika yazan və 
düşmənlərimizin kapitulyasiya aktına imza atması ilə özlərini daha biabırçı 
məğlubiyyətdən yaxa qurtarmağa məcbur edən Azərbaycan XTQ-nin qələbəsini 
göstərə bilərik.
Vətən Müharibəsinin dördüncü hissəsi kimi, bir çox bəyanatları və bir çox 
missiyaların iç üzünü göstərib və bir çox Mifləri darmadağın edən Ağdam, Kəlbəcər, 
Laçin rayonların heç bir döyüş əməliyyatı aparılmadan Azərbaycan tərəfinə öz əlləri 
ilə təhfil verilməsi. 
Yuxarıda qeyd etdiklərimiz 44 günlük Vətən Müharibəsi haqqında obyektivliyi 
öz içində ehtiva edən subyektiv fikirlərimizdir...
Qeyd: “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 44 günlük 
müharibə dövründə” başlıqlı yazımız növbət isayımızda oxuya bilərsiniz.
Hazırladı: Elçin ŞÜKÜR,
Şimali Osetiya “Azərbaycanlılar Konqresinin”
Mətbuat xidmətinin rəhbəri