AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokuroluğun əməkdaşları beynəlxalq seminarda iştirak etdilər

  • + A
  • - A
  • 5-03-2021, 18:08


    Cari ilin 3-5 mart tarixlərində Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisinin təşkilatçılığı ilə “Kiber təhdidlərə qarşı çevik mübarizə qrupları (CSİRT) ilə Hüquq mühafizə orqanları arasında əməkdaşlıq” mövzusunda beynəlxalq səviyyəli ekspertlərin iştirakı ilə onlayn seminar keçirilmişdir. Seminarda prokurorluq, gömrük, ədliyyə orqanları və digər qurumların nümayəndələri iştirak etmişlər.
    Seminarın əsas məqsədi kiber təhdidlər problemini daha yaxşı həll etmək və ölkədaxili təhlükəsizliyi gücləndirmək məqsədilə kiber hücumlara qarşı dayanıqlığını və ədalət mühakiməsi orqanlarının potensialını artırmaq və gücləndirməkdir
    Seminar zamanı kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, müxtəlif ölkələrdə kibercinayətlərin araşdırılması standartları, bu növdən olan cinayətlərin istintaqı zamanı istintaq orqanları ilə CSİRT arasında rəsmi və qeyri-formal əməkdaşlıq üsulları və digər mövzular ətrafında müzakirələr aparılmış, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilmişdir. Bunlarla yanaşı təlim iştirakçıları arasında faydalı təcrübə mübadiləsi aparılmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR