AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan Merkellə görüşdü

  • + A
  • - A
  • 5-03-2021, 18:50


    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə videokonfrans formatında görüş keçirib.

    AzadMdia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, AKP sözçüsü Ömər Çelik, Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun, Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalın iştirak ediblər.

    Görüş zamanı Türkiyə-Almaniya əlaqələri və regional məsələlər müzakirə olunub. Ərdoğan Merkellə davamlı olaraq təmas qurulmasına və dialoqun aparılmasına əhəmiyyət verdiyini vurğulayıb. Türkiyəli lider pandemiya ilə mübarizədə müsbət irəliləyişlərlə aprel ayında iki ölkə arasında turizm əlaqələrinin maneəsiz və etibarlı şəkildə başlayacağına inandığını söyləyib.

    Ərdoğan, həmçinin, Suriyaya könüllü geri qayıdış məsələsində Avropa Birliyinin maliyyə və texniki dəstək göstərməli olduğunu qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR