Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində sıxlıq yaranan avtomobil yollarının siyahısını açıqlayıb.
Agentlikdən verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti), Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər,Şəhər mərkəzi istiqaməti), Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Abdulvahab Salamzadə küçəsi – Əsas yol - (Qələbə dairəsindən başlayaraq, Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq müşahidə olunur.
Həmçinin Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.