AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Toy qərarından sonra qızıl bazarı - QİYMƏTLƏR (VİDEO)

  • + A
  • - A
  • 29-06-2021, 10:28


    İki ilə yaxın bir fasilədən sonra toy məclislərinin təşkilinə icazənin verilməsi qızıl bazarında da canlanmaya səbəb olub.

    Xəzər TV xəbər verir ki, vətəndaşlar toy bazarlığı üçün qızıl dükanlarına üz tuturlar.

    Vitrinləri bəzəyən cürbəcür qızılların dizaynları kimi qiymətləri də fərqlidir. Bu qiymətlər qızılın əyarına, çəkisinə, firmasına, istehsal ölkəsinə və üzərindəki işləmələrə görə dəyişir.

    Satıcılar qiymətlərin qalxmadığını deyirlər. Onların sözlərinə görə, pandemiyadan əvvəl qiymətlər hansı səviyyədə idisə, indi də elə qalıb.

    Elə alıcılar da qiymətlərin qalxmadığını deyirlər. Nişan üzükləri 500 AZN-dən 1500 AZN-ə dək qiymətlərdə dəyişir. Dəst qızılların qiyməti isə 1500-4000 manat arasındadır.

    Qızıl ticarəti ilə məşğul olanlar yaxın gələcək üçün qızılın qiymətinin artmayacağını proqnozlaşdırırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR