AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər “Məşğulluq marafonu”na necə müraciət edə bilər?

  • + A
  • - A
  • 7-07-2021, 16:46


    Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na müraciət üçün qeydiyyat forması hazırlanıb.
    Marafondan faydalanaraq işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər https://dma.gov.az/layiheler/mesgulluq-marafonuMy Webpage linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

    Qeyd edək ki, artıq marafona qoşulan işəgötürənlərin sayı 200-ə, onlar tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı 900-ə yaxındır.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər də bu məqsədlə vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonuMy Webpage linkinə daxil olmaqla göndərə bilərlər.

    Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR