Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqənin vakansiya seçimi mərhələsində iştirak etmiş namizədlər şəxsi səhifələrinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.
10-13 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1599 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Namizədlərin şəxsi səhifələrində müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumatlar qeyd olunub.
Qeyd edək ki, müsahibələrdə iştirak edəcək namizədlər üçün müsahibə mövzuları miq.edu.az saytında yerləşdirilib:
https://miq.edu.az/ movzular