Ölkədən çıxan Əfqanıstan Prezidenti Əşrəf Qani və ailəsinin yeri məlum olub.
AzadMedia.az Reuters-ə istinadən xəbər verir ki, devrilmiş Prezident Birləşmiş Ərəb Əmirliklərindədir.
Bu barədə həmin ölkənin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Əşrəf Qani ailəsi ilə BƏƏ-yə qaçıb.
Xatırladaq ki, "Taliban" Əfqanıstana nəzarəti ələ keçirəndən sonra Ə. Qani ölkəsini tərk etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.