Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Əfqanıstandakı son vəziyyətdən söz açıb.
Nazir Türkiyənin “Taliban”la təmaslarından danışaraq bildirib ki, hazırda müxtəlif kanallarla əlaqə saxlanılır:
"Həm Kabildə, həm də Dohada təmaslarımız var. İndi bunun olması da lazımdır. Qruplaşma Kabilə girmədən əvvəl siyasi qanadı Türkiyəyə dəvət etmişdik. Bilirsiniz ki, hava limanı ilə bağlı fikir ayrılıqları var idi. Əfqanıstanda təqribən 1 500 vətəndaşımız var. Təxliyə işləri davam edir, amma onların hamısı qayıtmaq istəmir. Fikrini dəyişənlər var. Əvvəlcə hökumətin necə qurulacağını görmək lazımdır. Bu mövzuda mövqeyimizin eyni olması üçün bütün ölkələrlə görüşürük. Beynəlxalq birliklə birgə hərəkət edəcəyik. Hazırda ABŞ, Çin və Rusiya ilə həmfikirik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.