AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Üç deputat birlikdə Masallıda qəbul keçirdi

  • + A
  • - A
  • 26-08-2021, 21:00


    Milli Məclisin deputatları Məşhur Məmmədov, Musa Qasımlı və Anar İsgəndərov Masallı rayonunda bir araya gəlib seçicilərini birlikdə qəbul edib, onların qayğıları, problemləri ilə bərabər maraqlanıblar.

    Millət vəkilləri Masallıda yerləşən Heydər Əliyev Mərkəzində rayondan olan şəhid ailələrini, qaziləri və digər seçiciləri qəbul ediblər.

    Azadmedia.az xəbər verir ki, görüşdə şəhid ailələrinin, qazilərin və digər qəbula gələn seçicilərin müraciətləri və onları narahat edən problemlər dinlənilib. Problemlərin əksəriyyəti yerində öz həllini tapıb, digərlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, keçirilən qəbullardan əlavə deputat Məşhur Məmmədovun Masallı rayonunda yaşayıb fəaliyyət göstərən 3 köməkçisi vaxtaşırı seçiciləri dinləyir, onların səslərini aidiyyatı yerlərə çatdırır, hər dəfə təkcə bayram günlərində deyil, torpaqların azadlığı uğrunda canlarını fəda etmiş Masallıdan olan şəhidlərin doğum günü və anım ildönümlərində ailələri ziyarət edirlər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR