AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Açıq havada işləyən kafelərdə peyvənd pasportu tələb ediləcək? - Yenilənib

  • + A
  • - A
  • 1-09-2021, 12:42





    Məlum olduğu kimi, bu gündən etibarən COVID-19 pasportu olmayan şəxslər ictimai iaşə müəssisələrinə, o cümlədən restoran və kafelərə buraxılmır. Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər sentyabrın 1-dən etibarən ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.

    Kafe və restoranların bir çoxu həm də açıq havada xidmət göstərir. Bəs açıq havada xidmətdən istifadə edən vətəndaşlardan necə, COVID-19 pasportu tələb olunacaqmı?

    DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı “Qafqazinfo”ya bildirib ki, qərar açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid deyil: “COVID-19 pasportu tələbi rəsmi qərara əsasən, yalnız qapalı məkanlara aiddir”.

    ***

    Maraqlıdır ki, Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarında pasport tələbinin qapalı məkanlara aid olunduğu qeyd edilib. Daxili İşlər Nazirliyi sonradan açıqlamasına dəyişiklik edərək açıq havada fəaliyyət göstərən kafe və restoranlarda COVID-19 pasportunun tələb olunmayacağını açıqlayıb.

    "Qafqazinfo" sözügedən məsələ ilə bağlı dəqiqləşdirmə aparmaq üçün bir neçə kafe və restoranla əlaqə saxlasa da, onlar da peyvənd pasportu tələbinin həm qapalı, həm də açıq xidmətə aid olduğunu bildiriblər. Bir daha qeyd edirik ki, bu gündən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR