Milli Məclisin bugünkü iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Azadmedia.az xəbər verir ki, qanun layihəsi öncə müzakirəyə çıxarılıb.
Layihədə 28 May tarixinin "Müstəqillik Günü", 18 Oktyabr tarixinin isə "Müstəqilliyin Bərpası Günü" adlandırılması təklif edilib.
İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilib və qeyri-iş günü sayılıb. Yeni qanun layihəsinə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.
18 Oktyabr isə indiyə kimi Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu və bu gün rəsmi iş günü hesab edilir. Dəyişiklikdən sonra 18 Oktyabr "Müstəqilliyin Bərpası Günü" adlandırılacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.