"Bu günə qədər Azərbaycandakı sənaye zonalarında dəyəri 5 milyard manatdan çox olan məhsul istehsal edilib".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, həmin məhsulun 1,4 milyard manatlıq hissəsi və yaxud 28%-i ixrac olunub.
"Bu ilin 9 ayında isə sənaye zonalarında istehsal edilmiş məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 55,4% artaraq 1,5 milyard manatdan çox, ixrac edilmiş məhsulların dəyəri isə 2 dəfə artaraq 545 milyon manat təşkil edib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,3%, ixracında isə 25,9% olub", - nazir qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.