Prezident: “İşğal müddətində Kəlbəcər, Laçın, Şuşada qeyri-qanuni məskunlaşdırma proqramları həyata keçirilib”
“Biz 30 il müddətində işğala məruz qalmışıq, sizin gördükləriniz bunun ən yaxşı bariz nümunəsidir”.
Bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
İlham Əliyev deyib ki, Ermənistanın işğal müddətində həyata keçirdiyi kütləvi dağıntılar təkcə Birinci Qarabağ müharibəsinin deyil, eyni zamanda barbarlığın və vandallığın nəticəsidir.
“Bizim kəndlərimiz, əksər şəhərlərimiz dağıdılıb. İşğal müddətində Kəlbəcər, Laçın, Zəngilan, Şuşada qeyri-qanuni məskunlaşdırma proqramları həyata keçirilib – Ermənistan hökumətinin sponsorluğu ilə. Biz sizə Qarabağda, Şərqi Zəngəzurda görülən işlər haqqında məlumat vermişik”, - deyə İlham Əliyev söyləyib.
Dövlət başçısı bildirib ki, aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.